featured-image-1345

“Yeni Çağ” Media Qrupunun quruluşunun 15-ci ildönümü münasibətilə təntənəli ziyafət təşkil edilib.

Yenicag.az xəbər verir ki, ziyafətə millət vəkili Sabir Rüstəmxanlı, Medianın İnkişafı Agentliyinin şöbə müdiri Natiq Məmmədli, Mətbuat Şurasının sədri Əflatun Amaşov, rəqəmsal inkişaf və nəqliyyat nazirinin müşaviri Rəşad Bayramov, Diasporla İş üzrə Dövlət Komitəsinin aparat rəhbəri Daşqın Rəcəbli, deputatlar Arzu Nağıyev, Ramil Həsən, Vüqar İsgəndərov, Azərbaycan Türkiyə Evinin (ATEV) sədri Tənzilə Rüstəmxanlı, Türkiyənin ölkəmizdəki səfirinin mətbuat müşaviri Hüseyin Altınalan, “Teleqraf” Media Qrupunun rəhbəri Aynur Camal, Azərbaycan Kərkük Mədəniyyət və Əməkdaşlıq Mərkəzinin (AKMƏM) sədri Məlahət Qurbanova, iş xanımı Ruhi Əliyeva, rəsmi qurumların mətbuat xidmətlərinin rəhbərləri, media və tanınmış mədəniyyət nümayəndələri qatılıb.

Qonaqları salamlayan Media Qrup rəhbəri Aqil Ələsgər bu şad gündə iştirak edən hər kəsə təşəkkürünü bildirib. Aqil Ələsgər qeyd edib ki, sayt qurulduğu ilk gündən Azərbaycan dövlətçiliyinə və xalqa xidmət edir. media-IMG_0079-2048x1365

Çıxışına bütün “Yeni Çağ” əməkdaşlarını təbrik edərək başlayan millət vəkili Sabir Rüstəmxanlı Media Qrupun millətin taleyini daim düşünən media quruluşu olduğunu deyib.

media-DSC_5389-2048x1365

Medianın İnkişafı Agentliyinin şöbə müdiri Natiq Məmmədli çıxışında bildirib ki, bu gün “Yeni Çağ”ın timsalında media bayramıdır.

media-305467759_10225419317782638_6003768721332112269_n

Mətbuat Şurasının sədri Əflatun Amaşov isə “Yeni Çağ”ın türk dünyası arasında əlaqələrin inkişafında oynadığı roldan danışıb.

media-DSC_5399-2048x1365

Diasporla İş üzrə Dövlət Komitəsinin aparat rəhbəri Daşqın Rəcəbli “Yeni Çağ”ın gələcəyinə çox ümidlər bəsləndiyini vurğulayıb.

media-IMG_0143-2048x1365

Millət vəkili Arzu Nağıyev 15 il ərzində ayaqda qalmağın bir media quruluşu üçün önəmindən danışıb.

media-DSC_5406-2048x1365

ATEV Sədri Tənzilə Rüstəmxanlı “Yeni Çağ” Media Qrupunun rəhbəri Aqil Ələsgərin Azərbaycandakı “Fətullahçı” terror təşkilatı üzvlərilə mübarizəsindən bəhs edib.

media-DSC_5417-2048x1365

Türkiyənin ölkəmizdəki səfirinin mətbuat müşaviri Hüseyin Altınalan mətbuatın önəmindən danışıb, Azərbaycan-Türkiyə münasibətlərinə qatqılarından dolayı “Yeni Çağ” Media Qrupuna təşəkkür edib.

media-DSC_5425-2048x1365

Deputat Ramil Həsən bildirib ki, “Yeni Çağ” artıq özünü təsdiq etmiş media quruluşudur.

media-DSC_5291-2048x1365

“Teleqraf” Media Qrupunun rəhbəri Aynur Camal Azərbaycan Mediasını “Yeni Çağ”sız təsəvvür etmək mümkün olmadığını vurğulayıb.

media-DSC_5434-2048x1365

AKMƏM sədri Məlahət Qurbanova isə bütün “Yeni Çağ” kollektivini təbrik edib, onlara böyük alqış düşdüyünü deyib.

media-DSC_5440-2048x1365

Deputat Vüqar İsgəndərov çıxışında Azərbaycan mətbuatında “Yeni Çağ”ın xüsusi çəkisinin olduğunu bildirib.

media-DSC_5451-2048x1365

 

İş xanımı Ruhi Əliyeva da bir media orqanını 15 yaşına çatdırmağın böyük uğur olduğunu qeyd edib.

media-DSC_5466-2048x1365

Çıxışlardan sonra “Yeni Çağ” Media Qrupunun 15 illik fəaliyyətinə həsr olunmuş videoçarx nümayiş etdirilib.

“Yeni Çağ” Media Qrupunun 15 illiyi münasibətilə tort kəsiləndən sonra ziyafət əyləncə proqramı ilə davam edib.

 

Bənzər xəbərlər