Beynəlxalq Simpozium

2 may 2019-cu ildə Azərbaycan Prezidentinin yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası, TÜİB, ATQB, ATEV, TİKA və “Yeni Çağ” Media Qrupunun təşkilatçılığı ilə keçirilən “Türk dünyasının gələcəyində Kərkük və Qarabağın yeri: Geosiyasi çağırışlar və perspektivlər” Beynəlxlaq Simpozium.

2019-cu il mayın 2-də Azərbaycan Prezidentinin yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası, Türkiyə və Azərbaycan İş Adamları və Sənayeçilər İctimai Birliyi (TÜİB), Azəri-Türk Qadınlar Birliyi, Azərbaycan-Türkiyə Evi (ATEV), Türk Əməkdaşlıq və Koordinasiya Agentliyi (TİKA) və “Yeni Çağ” Media Qrupunun təşkilatçılığı ilə “Türk dünyasının gələcəyində Kərkük və Qarabağın yeri: Geosiyasi çağırışlar və perspektivlər” Beynəlxlaq Simpoziumu keçirilib.

Beynəlxlaq Simpoziumda Azərbaycan, Türkiyə və İraqdan millət vəkilləri, ictimai-siyasi xadimlər, tarixçilər, QHT və media mənsubları iştirak ediblər.

Simpoziumu giriş sözü ilə açan ATEV sədri Tənzilə Rüstəmxanlı tədbir iştirakçılarını salamlayaraq, onlara qatıldıqları üçün minnətdarlığını bildirib.

Daha sonra çıxış edən İraq Türkmən cəbhəsinin rəhbəri, Kərkükdən millət vəkili olan Ərşad Salihi bildirib ki, türklər əsarəti qəbul edən millət deyil.

Çıxış edən Etibar Məmmədov Kərkük problemi ilə Qarabağ probleminin eyniləşdirilməsini dəstəkləyib.

“Olaylar” İnformasiya Agentliyinin rəhbəri Yunus Oğuz Türk milli ruhunun birləşdirilməsinin vacibliyini önə çəkib.

Azərbaycan xalq şairi, VHP sədri Sabir Rüstəmxanlı çıxışında Qarabağ məsələsinə toxunaraq bildirib ki, dünyanın hər yerində Qarabağ problemini təbliğ edirik.


Beynəlxalq Simpoziumu çərçivəsində “Qarabağ” Paneli işinə başlayıb.

Xalq şairi Sabir Rüstəmxanlının moderatorluğu ilə başlayan paneldə çıxış edən millət vəkili Fazil Mustafa bildirib ki, Qarabağ probleminin həll yolları tapılmır.

Anadolu Yayımçılar Dərnəyinin rəhbəri Sinan Burhan deyib ki, Qarabağ məsələsində hər zaman Azərbaycanın yanında yer alıblar.

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) əməkdaşı Yasəmən Qaraqoyunlu Qarabağ məsələsində Qərbi Azərbaycan faktorundan danışıb.

“Qarabağ” Panelində çıxış edən TÜİB başqanı Hüseyin Büyükfırat türk dünyasının problemlərinə toxunub.

“Qarabağ” Panelində çıxışlar bitdikdən sonra simpoziumun iştirakçıları mükafatlandırılıb.


“Kərkükdən Qarabağa” Beynəlxalq Simpoziumu çərçivəsində “Kərkük” Paneli işinə başlayıb.

Panel “Yeni Çağ” Media Qrupunun rəhbəri Aqil Ələsgərin moderatorluğu ilə keçirilib. Aqil Ələsgər çıxış edərək tədbirin ərsəyə gəlməsində dəstəyi olanlara təşəkkür edərək bildirib.

Ərşad Salihi paneldə çıxış edərək bildirib ki, bizə müxtəlif adlar qoydular, ancaq biz türkük.

Professor Kürşad Zorlu Kərkük və İraqdakı türkmanların problemləri barədə danışıb. O bildirib ki, getdiyi hər yerdə Kərkük və Qarabağ problemini gündəmə gətirir.

Türkiyə Qazi Universitetindən Çetin Almas çıxış edərək bildirib ki, əslində, türkmanların yaşadığı bölgə türkman elidir, sadəcə kərküklülər daha çox qətliama məruz qaldığı üçün ora ümumi olaraq Kərkük deyirlər.

Paneldə Kərkük Mədəniyyət Mərkəzinin rəhbəri Şəmsəddin Kuzəçi də çıxış edib.

Çıxış edən millət vəkili Qənirə Paşayeva tədbirin əhəmiyyətindən danışıb.

“Kərkük” Panelində çıxışlar bitdikdən sonra simpoziumun iştirakçıları mükafatlandırılıb.


Simpozium ümumi müzakirələrlə və xatirə fotosunun çəkdirilməsilə başa çatıb.

Foto Qalereya