featured-image-160

“Yeni Çağ” Media Qrupunda Medianın İnkişafı Agentliyinin (MEDİA) media subyektlərinin rəhbərlərinə göndərdiyi “Redaksiya siyasəti və peşə etikası qaydaları” məktubu müzakirə edilib.

Yenicag.az xəbər verir ki, “Yeni Çağ” Media Qrupunun rəhbəri Aqil Ələsgər redaksiyanın mövcud siyasətilə örtüşən məktubdakı müddəaları bir daha diqqətə çatdırmaqla peşə etikası qaydalarına ciddi əməl olunması tapşırığını verib.

Redaksiya heyətini xəbər və şərh, mənbələrlə işləmə, lazım gəldiyi təqdirdə yayımlanmış xəbərə təkzib verilməsi və düzəliş qaydaları ilə bağlı məlumatlandırıb, MEDİA tərəfindən ciddi nəzarət edilən müəllif hüquqları məsələsində daha diqqətli davranmaq laızm olduğunu bildirib.

Daha sonra “Yeni Çağ” əməkdaşları da məktub və qeyd edilən müddəalarla yaxından tanış olublar.

Bənzər xəbərlər